Abstract

Relyef əmələ gəlməsi faktorlarının və şəraitinin mürəkkəb kombinasiyası, onların zaman dəyişkənliyi, eləcə də antropogen təsir Xəzər dənizinin sahil zolağının geosistemlərinin həm morfogenetik, həm də xronoloji cəhətdən son dərəcə müxtəlifliyini müəyyən etmişdir. Xəzər dənizi sahillərinin morfoloji xüsusiyyətləri aşınma və materialların yığılması və yeni sahil for­ma­larının əmələ gəlməsi proseslərinin təsirinin nəticəsidir. Bununla belə, qeyd etmək lazımdır ki, Xəzər dənizi sahillərinin morfologiyası onların son 20 ildə inki­şafında mövcud tendensiyaları əks etdirir ki, bunlardan da başlıcası eroziyaya meyldir. Tədqiq olunan sahil zolağının landşaft xüsu­siy­yətləri əsasən ərazinin geoloji inkişafının uzun və mürəkkəb tarixi, üç böyük morfostruktur zonanın qov­şağında yerləşməsi ilə əvvəlcədən müəyyən edilir. Sahil geosistemlərinin formalaşmasına, xüsusilə Xəzər dənizinin səviyyəsindəki dalğalanmalar, iqlim dəyi­şik­liyi və son zamanlar çox istiqamətli deformasiyalar tə­sir göstərmişdir.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call