Abstract

Məqalədə Abşeron akvatoriyasında 1991-2020-ci illərdə baş verən du­man­ların günlər üzrə təkrarlanması təhlil edilmişdir. Bundan öncə duman­ların tədqiqat ərazisində təhlili nisbətən zəif aparılmışdır. Akvatoriyada dumanlı günlərin 1991-2020-ci illərdə zaman-məkan daxilində paylanması araş­dırılmışdır. Məqalədə, akvatoriyada yerləşən 6 hidrometeoroloji stan­si­yanın ilkin məlumatlarından istifadə edilmişdir.  Tədqiqat göstərir ki, Abşe­ron yarımadası və ətraf adalarda dumanlar daha çox ilin soyuqdan istiyə ke­çən və soyuq dövrlərində müşahidə edilir.  Belə ki,  onların təkrarlanmasının maksimumu mart və aprel aylarına təsadüf edir. Dumanlı günlərin çoxillik dövr üzrə dəyişməsi iqlim dəyişmələrinin təsiri ilə baş vermişdir. İl ərzində dumanların təkrarlanmasının səth üzrə paylanmasına yenidən baxılmışdır. Duman üzrə aparılan tədqiqatlarının nəticələri, aviasiya nəqliyyatının işinin səmərələşdirilməsində xüsusi rol oynaya bilər.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call