Abstract

Məqalədə şəhər landşaftında kənd təsərrü­fatının inkişaf perspektivləri və onun gələcək proqnozu təhlil edilir. Mingəçevir şəhər landşaftında ərazi və əhali artımı müəyyən edilmişdir. Artan əhalinin ərzaq təminatının yaxşılaşdırılması məqsədilə şəhər əra­zi­sin­də xaricdən gətirilən məhsullarla yanaşı kənd tə­sər­rü­fatının da inkişaf etdirilməsi yolları təhlil edilib. Bu zaman həm ənənəvi, həm də müasir üsullardan is­tifadə olunub. Riyazi-statistik metod əsasında təd­qiqat əra­zisinin kənd təsərrüfatı məhsullarının istehsalı, on­ların əkin sahələri, məhsuldarlığı, heyvandarlıq və onun məhsulları təhlil edilmişdir. Müasir metodlar əsa­sında 2023-cü ildə şəhərin sərhədləri müəyyən edilib. 1975-ci ildə topoqrafik plan əsasında sərhəd xətti təhlil edi­lib. Aparılan araşdırmalar şəhərin qısa müddətdə sü­rətli inkişafını əks etdirir. Bu inkişaf şəhər landşaftında kənd təsərrüfatının tənəzzülünə və ətraf ərazilərdə onun in­kişafına səbəb olmuşdur.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call