Abstract
Heç bir daxili üzv əsasında formalaşmayan, izahedici, aydınlaşdırıcı sözlər vasitəsilə genişləndirilməyən, üzvlənməyən (üzvlərinə ayrılmayan) sözdən və söz birləşmələrindən ibarət cümləyə söz-cümlə deyilir. Söz-cümlənin semantik məzmunu subyektin obyektə münasibətinin müxtəlifliyi baxımından rəngarəngdir. Emosional-qiymətləndirici söz-cümlə – danışanın ifadə olunan fikrə, şəraitə, hadisə və predmetlərə münasibətini əks etdirir. İnkar söz-cümlə – ya verilən suala inkari cavab kimi işlənən, ya da başqasının fikrinə etiraz münasibətinin təzahürü olaraq ifadə edilən söz-cümləyə deyilir. Sual söz-cümlə – müsahibin fikrinə modal qiymətvermə məqamında işlənib, təsdiq və inkar bildirən “hə”, “yox” ədatları və ya “heç”, “yaxşı”, “belə”, “elə” və s. sözlərlə ifadə edilir. Beləliklə, aydın olur ki, söz-cümlənin sintaktik-semantik tiplərinin zənginliyi əsasən subyektin obyektiv gerçəkliyə münasibətinin məzmunundan asılıdır.
Published Version
Talk to us
Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have