Abstract
Mirzə Ələkbər Sabir istiqlal ideyalarını, əslində, bütün yaradıcılığı boyu izləmiş, bəzi əsərlərini birbaşa istiqlalın tərənnümünə həsr edərək azadlıq düşmənlərinin iç üzünü açmağa çalışmışdır. Bu cür mövzulara həsr edilmiş satiralarda o, Məhəmmad Füzuli əsərlərindən də bəhrələnmişdir. Çünki “füzulişünaslar” Sabirin düşmüş olduğu ilk ədəbi mühit idi. Şairin ustadı olan Seyid Əzim Şirvani də qəzəldə Füzuli yolunu davam etdirirdi. Sabirin şeir-sənət dünyasına qədəm qoyduğu ilk dövrlərdə ədəbi aləmdə Füzuli təsiri və poeziya ənənələri son dərəcə güclü idi. Demək olar ki, bütün şairlər özlərini onun şagirdi, davamçısı hesab edir və bundan böyük fərəh duyurdular. Cəfər Xəndan həmin şairləri “füzulişünaslar”, yəni Füzuli davamçıları adlandırmış, S. Ə. Şirvanini isə, haqlı olaraq, qəzəldə “ən böyük füzulişünas” hesab etmişdir.
Published Version
Talk to us
Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have