Abstract

Məqalədə Naxçıvan MR ərazisində yayılmış landşaftları, onlarda trans­for­ma­siya prosesini intensivləşdirən səbəbləri, həmçinin nəticələri təhlil edil­miş­dir. Landşaftların transformasiyası həm təbii, həm də antropogen tə­sirlər nə­ti­cə­sində baş verir. Onların intensivliyi geosistemlərdə landşaftlarda geri dön­məyən dəyişikliklər yarada bilir. Tədqiqat zamanı müasir metodlardan istifadə edilmişdir. Landsat 5, 8 və 9 peykinin məlumatları emal edilmiş və nəticələr müqayisə edilmişdir. Bitki örtüyünü öyrənmək və müqayisə etmək üçün SAV və NDV indeksindən, su örtüyünü təhlil etmək üçün NDW və NDM indek­sin­dən istifadə edilmişdir. Landsat 5 peykinin 1987-ci ilə aid olan, Landsat 8 və 9 peykinin 2022-ci ilə aid olan şəkilləri emal edilmişdir. Müəyyən edilmişdir ki, antropogen və təbii təsirlər nəticəsində landşaftın komponentləri dəyi­şil­mişdir. Su hövzələrində suyun səviyyəsi azalmış, sahəsi kiçilmiş, bitki ilə ör­tülmə dərəcəsi zəifləmişdir. Həmçinin rütubətlilik aşağı düşmüşdür. SAV indeksinin mənfi qiymət aldığı ərazilərin sahəsi 91% kiçilmiş,müsbət indeksli ərazilərin sahəsi isə artmışdır. NDM indeksinin 0,2-ə qədər olduğu ərazilərin sahəsi artmış, digər indeksli ərazilərin sahəsi isə kiçilmişdir. NDW indeksinin 0,4-ə qədər olan ərazilərin sahəsi artmış, indeksin 0,4-dən yüksək olduğu əra­zilərin sahəsi kiçilmişdir.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call