Abstract

Dil siyasəti dövlətlərin dil və milli kimliyi formalaşdırmaq, gücləndirmək və inkişaf etdirmək məqsədilə gerçəkləşdirdiyi dilplanlaşdırma fəaliyyətinin nəticəsi kimi meydana çıxmışdır. Dil siyasəti dövlətçilik siyasəti olaraq millətlərarası ünsiyyəti təmin edən effektiv vasitə kimi qiymətləndirilə bilər. Dil siyasəti hər dövlətdə və cəmiyyətdə fərqli şəkildə həyata keçirilir. Bu fərqli şəkildə həyata keçirilmənin əsas səbəbi hər dövlətin fərqli etnik quruluşa sahib olmasıdır.
 Özbəkistanda dil siyasətinin digər Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha nikbin inkişaf etdiyini söyləyə bilərik. Özbəkistan Prezidenti Ş. Mirziyoyevin 21 oktyabr 2019-cu ildə “Özbək dilinin dövlət dili kimi nüfuzunu və mövqeyini gücləndirmək barədə” tədbirlər planı haqqında fərmanı özbək dilinə dövlət tərəfindən verilən dəyərin göstəricisidir. Fərmanda dövlət dilinin qorunmasına, inkişaf etdirilməsinə və bu tədbirlər planından irəli gələn işlərin görülməsinə nəzarətin dövlət tərəfindən həyata keçirilməsi qeyd olunur. 
 Bu gün Özbəkistanda qarışıq bir əlifbadan istifadə olunur. 1993, 1995 və 2001-ci illərdəki əlifba dəyişiklikləri digər türk dilləri ilə yaxınlaşma baxımından uğursuz cəhdlərdir. Ancaq dövlətin 2019-cu ildə qəbul etdiyi Tədbirlər planında keçmişdə latın əlifbasına keçiddə baş verən xətaların yenidən təkrarlanmaması üçün əlavə tədbirlərin görülməsi xüsusi qeyd olunmuşdur. 
 Bu yazımızda Özbəkistanda müstəqillik dövründə həyata keçirilən dil siyasətindən bəhs edəcəyik.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call