Abstract

Respublikanın neft hasilatını artırmaq üçün ən praktik üsul mövcud yataqlarda neft hasilatının intensivləşdirilməsidir, çünki məlumdur ki, hazırda istifadədə olan yataqlardan əlavə yeni, perspektivli yataqlar hələ kəşf olunmamışdır. Digər strategiyalarla və üsullarla yanaşı, yeni quyuların qazılması istər dəniz, istərsə də quru sahələrdə yerləşən yataqlardan neft ehtiyatlarının çıxarılmasında hələ də ən vacib addımlardan biridir. Bu günə qədər respublikanın quru yataqlarından 1 mlrd. t neft hasil edilmişdir ki, bu da qurudakı neft ehtiyatlarının yalnız 40%-i deməkdir. Neft ehtiyatlarının qalan 60%-nin çıxarılması ilə bağlı problemlər hələ də öz aktuallığını qoruyub saxlayır. Əsas problemlər qalıq neftlərin daha çox udulmağa meyilli zonalarda və enerjisi tükənmiş yataqlarda olmasından irəli gəlir. Belə neftin çıxarılmasının əsas üsulu köhnə laylara yeni quyuların qazılmasıdır. Lakin enerjisi tükənmiş yataqlarda qazma işi aparmağın da bir sıra çətinlikləri vardır. Bu problemlərdən biri qazma məhlulunun udulmasıdır. Bildiyimiz kimi, laydan neft hasil etdikcə layın təzyiqi düşür və layın enerjisi azalır, bu azalma layın yarılma gradientinə də təsir göstərir. Nəticə olaraq enerjisi tükənmiş layların yarılma gradienti də azalır və qazma zamanı, qazma məhlulunun təzyiqi nəticəsində layda yarılmalar olur, bu da qazma məhlulunun itkisinə (udulmasına) səbəb olur. Qazma mayesinin udulması qazma ilə bağlı ən çətin mürəkkəbləşmələrdən biridir. Lay təzyiqinin azalması ilə yanaşı, qazma mayesinin udulmasının müxtəlif səbəbləri olur. Bunların bir neçə səbəbi ola bilər, məsələn, öncədən bilinən lay çatları, yüksək hidrostatik təzyiqin yaratdığı hidravlik qırılmalar, layların yüksək məsaməliliyi, drenaja məruz qalma, aşağı lay təzyiqi zonalar, uzunmüddətli istismar, qazma prosesində texnoloji rejimin pozulması və s. Açar sözlər: mikroköpük qazma məhlulu, qazma məhlulunun udulması, mkt, udulmaya qarşı reagentlər.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call