Abstract

Qoruyucu kəmərlərlə qazma quyunun eyni zamanda həm qazıldığı həm də qoruyucu kəmərin quyuya endirildiyi bir prosesdir. Bu yeni texnologiya son illərdə uğurla tətbiq olunur. Qoruyucu kəmərlə qazma texnologiyasının inkişaf etdirilməsinin əsas məqsədi qazma borusunun əlavə olunması və qoruyucu kəmərin endirilməsi ilə əlaqəli Qeyri Məhsuldar Vaxtı (QMV) aradan qaldırılması idi (1). Bununla belə, texnologiyanın erkən tətbiqi zamanı böyük diametrli qoruyucu kəmərlə qazma zamanı digər üstünlüklər də müşahidə edilmişdir. Bu məqalədə bu üstünlüklərdən dördü nəzərdən keçirilir, bunlar udulmanın (maye dövranının itməsinin) azaldılması, quyu divarının möhkəmliyi, quyunun daha dayanıqlı olması və qazma prosesinin təsiri ilə lay zədələnməsinin (əsasən də keçiriciliyin) azaldılmasıdır. (2,7,8). Qoruyucu kəmərlə qazma iki yolla qazma məhlulunun laya itkisini azaldır. Bunlardan biri olan suvaq effekti (plastering effect) açıq quyu lüləsinin divarını bərkidir, keçiriciliyi azaldır və açıq quyu lüləsi ilə lay arasında qazma məhlulu ötürülməsinin qarşısını alır. Belə ki, qazıma boruları ilə qazıma zamanı boruarxası fəzanın diametri böyük olur, qoruyucu kəmərlərlə qazımada isə boruarxası fəza kiçik olur. Qoruyucu kəmər fırlanan zaman şlamlar quyu divarına sürtünərək lay məsamələrini bağlayır və bunun nəticəsində qazma məhlulunun udulmasını azaldır. Bunlardan əlavə quyu divarının dayanıqlığı və sementləmənin keyfiyyətini artırmış olur. Nəticədə udulma gözlənilən yerlərdə bu yeni texnologiya özünü doğrultmuş olur. Qazma zamanı məhlul itkilərini aradan qaldırmaq mümkün olmayan hallarda, qazma prosesi qoruyucu kəmər ümumi dərinliyə çatana qədər minimum itkilərlə davam etdirilə bilər. Məhsuldar laya qazma məhlulu itkisinin azalması, layın keçiriciliyinə zərər vura bilməyəcək. Bu, məhsuldar laya qazılmış quyuların istismarı zamanı məhsuldarlığının daha çox olmasına səbəb olur. Qazılan süxur parçaları quyu divarında keçirici olmayan gil qabığı əmələ gətirdiyi üçün quyuda təzyiqin saxlanması artır. Bu proses quyu lüləsi ətrafında layın qırılma qradiyentini artırır və nəticədə daha geniş əməliyyat qazma məhlulu çəkisi pəncərəsi əldə edilir. Sabitlik problemi olan quyular qoruyucu kəmər ilə problemsiz qazıla bilər. Bütün qeyd olunan üstünlükləri ilə qoruyucu kəmər ilə qazma qazma sənayesinin gələcəyinə gedən yolu müjdələyir. Müzakirə olunan üstünlüklərin hər birini əldə etmək üçün bir çox qazma təcrübələri hazırlanmışdır. Açar sözlər: Qoruyucu kəmərlərlə qazma, suvaq effekti, qeyri-məhsuldar vaxt, sifon effekti, quyuların dayanıqlılığı.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call