Abstract

İnformasiya emalı texnologiyalarının inkişafı iqtisadi fəaliyyət sahəsinə böyük təsir göstərməkdədir. Rəqəmsal iqtisadiyyatın inkişafı sənaye və istehlakçılar, rəqiblər və təchizatçılar, hökumətlər və insanlar arasında daha şaxələndirilmiş qarşılıqlı əlaqə və koordinasiya modellərinin yaranmasına səbəb olub. İnkişaf etməkdə olan texnologiyalarla idarə olunan ağıllı şəhərlər XXI əsrdə müxtəlif ölkələrin inkişaf məqsədlərindən birinə çevrilib. Müasir iqtisadi və sənaye siyasətinin əsasını rəqəmsal siyasət təşkil edir. Sosial bazar iqtisadiyyatının uğurlu modeli hələ də siyasi kompas kimi aktualdır, lakin o, yeni şəraitə uyğunlaşdırılmalıdır. Transformasiya edən aparıcı sənayeni orta biznes və startaplarla birlikdə üç bərabər sütun təşkil etməlidir. Neft-qaz sənaye sahəsində ənənəvi fəaliyyətin rəqəmsal texnologiyalardan istifadə istiqamətində dəyişdirilməsi məsələsi müasir dövrdə mühüm əhəmiyyət kəsb edir. Rəqəmsal neft-qaz sənayesini təşkil edən ağıllı quyular, ağıllı yataqlar, pilotsuz karbohidrogen hasilatı texnologiyaların SOCAR-da təbiqi də olduqca mühüm bir məsələdir. Məqalədə rəqəmsal iqtisadiyyat və süni intellekt arasındakı əlaqə analiz edilmiş, eyni zamanda rəqəmsal neft-qaz sənayesinin mühüm xüsusiyyətləri barədə müəyyən məlumatlar verilmişdir. Süni intellektin təkamülü ilə dünyada yarımkeçiricilər, proqram təminatı, aparat, internet xidmətləri və digər şirkətlər kimi müxtəlif sahələrdə texnologiya sənayesi eyni vaxtda müəyyən problemlərlə üzləşirlər. Süni intellektin inkişafı istehlakın canlanmasına, əksər peşələrdə məhsuldarlığın artmasına, risklərin daha yaxşı idarə edilməsinə ümid verir. Eyni zamanda inkişaf etmiş ölkələrdə iş yerlərinin kütləvi şəkildə bağlanması, bacarıqların təkmilləşdirilməsi, potensialın genişləndirilməsi həyəcanı artırır. Süni intellekt maşın və insan arasındakı əlaqəni dəyişdirməyə kömək edir. Süni intellekt sahəsindəki irəliləyişlər istehsal sistemlərinin avtomatlaşdırılmasına və gücləndirilməsinə təkan verir. Süni intellekt fəaliyyətin bir çox sektorlarında, xüsusilə də neft-qaz sənayesində yeni biznes modellərinin yaradılmasının aparıcı qüvvəsi hesab olunur. Neft və qaz şirkətlərinin texnoloji inkişafı informasiyaya tələbatın kəskin artması və informasiya texnologiyalarından istifadənin genişlənməsilə müşayiət olunur. Ümumiyyətlə, “əşyaların interneti”, “bulud texnologiyaları”, “rəqəmsal sahələr” və digər qabaqcıl texnologiyalar neft-qaz şirkətlərinin fəaliyyətinin səmərəliliyinin artırılması üçün ciddi potensial yaratmağa qadirdirlər. Açar sözlər: rəqəmsal iqtisadiyyat, süni intellekt, rəqəmsal texnologiyalar, neft-qaz sənayesi, rəqəmsal transformasiya, səmərəliliyin artırılması.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call