Abstract

Müasir dövrdə ibtidai siniflərdə şagirdlərin həm yazılı, həm də şifahi nitqini inkişaf etdirməkdə proqram (kurikulum) və dərsliklərə ciddi nəzarət edilir. Məhz ana dili üzrə hər bir dərsdə əsas yeri nitqin inkişafı tutur. Demək olar ki hər bir məşğələdə əsas dərs nitqin inkişafıdır. İbtidai sinif müəllimi dərsi elə təşkil etməlidir ki, şagird həm qramatik nəzəriyyəni, həm də orfoqrafik vərdişləri mənimsəsin. Eyni zamanda bununla yanaşı nitq prosesində sözləri düzgün tələffüz etməyi, onları düzgün və yerində seçməyi, cümlə qurmağı şagirdlər bacarmalıdırlar. Onlar oxuduqları, eşitdikləri və gördükləri şeylər haqqında danışmalı, özlərinin və başqalarının fikirlərini ifadə etməyi bacarmalıdırlar. Şagirdlər öz həyat təcrübələri haqqında danışarkən və yaxud yazarkən sözləri dəqiq və düzgün, öz yerində işlətməyi bacarmalıdırlar. Onlar eyni zamanda cümlələri qrammatik cəhətdən də düzgün qurmağı bilməlidirlər. Elə buna görə də, rabitəli nitqi inkişaf etdirmək üçün lüğət və cümlə üzərində iş aparılmalıdır. Bu proses rabitəli nitqi inkişaf etdirmək üçün əsas hazırlıq mərhələsidir.Əgər şagird fikrini izah edərkən sözləri düzgün və yerində işlətməzsə, bu zaman biz rabitəli nitqdən danışa bilmərik. Məqalədə bu məsələlər geniş şəkildə təhlil olunur.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call