Abstract

Tədqiqatda onurğa əyrilikləri və onları təyin edən müasir cihazlar öyrənilmişdir. Yüksək səviyyəli qarşıdurma, həm də məharətlə müdafiə etmək bacarığı futbol oyununun xarakterik xüsusiyyətləridir. Futbol oyunçuların ustalığına müxtəlif tələblər qoyur. Bu, onların komandadakı funksiyalarının fərqliliyi və bu və ya digər oyunçunun oyunda həll etməli olduğu konkret tapşırıqlarla bağlıdır. Gənc futbolçuların böyük əksəriyyətində onurğa qüsurları vardır. Qüsurlardan asılı olaraq qamətin aşağıdakı müxtəlif formalarına rast gəlinir: Dairəvi kürək – başın, boyunun irəliyə əyriliyi, belin təbii əyriliyi artır. Döş qəfəsinin kifozunun artıqlığı diqqəti cəlb edir. Yastı əyilmiş kürək – sinə və belin təbii əyriliyi azdır. Onurğanın amortizasiya qabiliyyəti aşağıdır. Dairəvi əyilmiş kürək – belin təbii lordoz əyriliyi artıqdır, qarın irəliyə çıxmışdır. Yastı kürək – başqalarından onurğanın təbii əyriliyinin az olması və kürəyin yastı olması ilə fərqlənir. Hər il idmanla bağlı çoxsaylı xəsarətlər fiziki fəaliyyətin azalmasına və iş qüvvəsinin itirilməsinə, həmçinin əlavə tibbi xərclərə səbəb olur. Dünya miqyasında idman zədələrinin dəyərinin ildə bir milyard dollar olduğu təxmin edilir. Təkcə Birləşmiş Millətlər Təşkilatında yarışma və istirahət idmanı ilə məşğul olan idmançılar arasında hər il 3-5 milyon yaralanmanın olduğu güman edilir. Bel ağrısı idmançıların dayaq-hərəkət sistemi problemləri arasında ən çox rast gəlinən şikayətlərdən biridir. İdmançıların yüksək fəaliyyət səviyyəsinə çatmaq səyləri təbii olaraq bel ağrısının inkişaf riskini artırır.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call