Abstract
Məqalədə tolerantlıq tərbiyəsi, onun mahiyyəti, tolerantlığın əsas göstəriciləri, tolerant şəxsiyyətin xüsusiyyətlərindən bəhs edilir. Təlim prosesində və auditoriyadan kənar şəraitdə tələbələrin tolerantlıq tərbiyəsinin formalaşdırılması imkanları qeyd olunur. Ali məktəb tələbələri ilə məqsədyönlü, sistemli və fasiləsiz işlərin aparılması tolerant, fəqət lazım gələndə, şərait tələb etdikdə, öz mövqeyini ortaya qoya bilən mübariz gənclərin yetişməsinə, formalaşmasına imkan verir. Problem baxımından Azərbaycan tarixi, fəlsəfə, ədəbiyyat, nitq mədəniyyəti, pedaqogika və psixologiya fənlərinin müxtəlif sahələrinin imkanları genişdir. Tələbələrdə tolerant şüuru, tolerant düşüncəni, tolerant təfəkkürü inkişaf etdirmək, onları tolerant davranışa yiyələndirmək və nəhayət, tolerant şəxs yetişdirmək üçün bir sıra pedaqoji şərtlər kompleks həyata keçirilməlidir. Bu kimi məsələlər məqalədə təhlilə cəlb edilmişdir.
Published Version
Talk to us
Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have