Abstract

Müasir qloballaşan dünyada iqtisadiyyatın inkişafını texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. İnformasiyanın zamanında, dürüst və əsaslı şəkildə emalı müəssisələrdə qərar qəbulunda mühüm rol oynayır. Hazırda rəqabətqabiliyyətli bazar mühitində müəssisələrin bazarda mühüm yer tutması və tutduğu mövqedə qalması üçün müəssisələrin daxili mühitində aşağı və yuxarı idarəedici səviyyələr arasında innovativ texnologiyanın tətbiqi zərurətini artırır. Video konfrans, e-poçt, mesajlaşma və digər rəqəmsal vasitələrin yaranması ilə təşkilatlar arasında ünsiyyət daha sürətli, səmərəli, məhsuldar, təsirli və geniş yayılmışdır. Texnologiya inkişaf etdikcə informasiyanı toplamaq və analiz etmək asanlaşır. Müasir dünyanın sosial-iqtisadi göstəriciləri arasında turizm ön sıralardadır. Turizm sənayesinin inkişaf etməsi demək, istehlak mallarının, nəqliyyat, tikinti, ticarət, xidmət sahələrinin də inkişafı deməkdir. Turizm inkişafının yeni fazasına 21-ci əsrdən qədəm qoymuşdur. İnnovasiyaların insan həyatının bütün sahələrinə diffuziyası müəssisələrin böyüməsi naminə menecerlərin də bu axına adaptasiya olmağını tələb edir. Beləcə, turizmdəki yeniliyə doğru dəyişiklik zaman ötdükcə yeni, yüksək keyfiyyətli istehlak mallarının, xidmətlərinin təkmilləşdirilərək bazara çıxarılması deməkdir. Turizmdə innovativ texnologiyaların tətbiqinin əsas məqsədi müştərilərin həyat keyfiyyətlərini, məmnuniyyətlərini artırmaqdır.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call