Abstract

“Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” adlı əsər Sürəyya Ağaoğlunun ikinci memuar əsəridir. İlk qadın hüquq müdafiəçisi Sürəyya Ağaoğlunun həyatına aid faktlar əsasında yaradıcı surətdə qələmə almış olduğu “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” adlı əsərində fakt və sənədin iki müstəqil hadisə kimi təzahür etməsi maraq kəsb edir. Yazıçının yalnız öz həyatının müəyyən qismini deyil, həm də digər tarixi şəxslərin həyatlarını işıqlandırmağa nail olmuşdur. Tarixi şəxsiyyətlər içərisində diqqəti cəlb edən şəxslərdən biri məhz müəllifin atası - Əhməd bəy Ağaoğlu haqqında olan hadisələrin real faktlar əsasında nəql edilməsidir. Sürəyya Ağaoğlunun əsərində reallıqdan gələn fakt ədəbi yaradıcılıq üçün katalizator qismində çıxış edir. Yazıçı avtorefleksiyası əsərin janrının konkretləşməsinə təkan verir. Çünki subyektin, yəni yazıçının reallıqlar haqqındakı şəxsi düşüncələrinin, fəaliyyətinin dərkini ricətli nəsr qəlibinə sala bilməsi əsərin janrına diqqəti yönəldir. Sürəyya Ağaoğlunun “Bir ömür belə keçdi: səssiz gəmini gözlərkən” əsəri memuar janrında qələmə alınmış əsər kimi dəyərlidir. Sürəyya Ağaoğlu həyat tarixçəsi əsasında qurulan süjet xəttindən əlavə, uşaqlıq və gənclik dövrlərindən götürülmüş hadisələri əlavə etmişdir. Müəllifin kamil obrazı ilə yanaşı, xalqın qan yaddaşında əvəzsiz xidmətləri olmuş tarixi şəxsiyyətlərin (Atatürk, Əhməd bəy Ağaoğlu, Səməd Ağaoğlu və s.) obrazları maraq əhatəsindədir. Müəllif əsərdə Türk dünyasının qan yaddaşında həm bədii fəhm sahibi olan siyasi xadim ola bilməsini, həm də xalqının ən çətin məqamlarında qadınların, uşaqların hamisi olan bir vəkil olmasını təsdiq edir. Müəllif qələmə aldığı əsərdə müəllif “Mən”in itirilməməsinə nail olmuş, yaddaqalan obrazını yarada bilmişdir.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call