Abstract

Məqalə neftin tərkibindən vanadium və nikel mikroelementlərinin çıxarılması perspektivliklərinə həsr edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası neft və qaz ehtiyatları ilə zəngindir. Bu yataqlardan çıxarılan neftin tərkibində çoxlu sayda mikroelementlər vardır. Bu elementlər sırasında vanadium və nikel elementlərini qeyd etmək olar. Məqalədə vanadium haqqında qısa məlumat verilmiş, tətbiq sahələri və neftin tərkibindən çıxarılma üsulları göstərilmişdir. Bununla yanaşı, nikel haqqında qısa məlumat verilmişdir. Məqalədə Azərbaycan Respublikasında yerləşən neft-qaz yataqlarından alınan neftin tərkibində vanadiumun və nikelin miqdarı göstərilir. Məqalənin sonunda nəticələr müzakirə edilir. Bir sıra müəlliflərin tədqiqatları göstərir ki, vanadium ölkəmizin bütün neft-qaz yataqlarının Alt Pliosen qatında daha geniş yayılmışdır. Mövcud ədəbiyyatların təhlili göstərir ki, neftin tərkibində vanadiumun miqdarı onun kondisiya qiymətindən aşağıdır. Bundan başqa, nikel ölkəmizin bütün neft-qaz yataqlarının Alt və Orta pliosen qatlarında mövcuddur. Neftdə nikelin miqdarının yüksək olması, onun neftdən çıxarılma perspektivliliyini artırır. Bundan əlavə, nikel ölkəmizin bütün neft-qaz yataqlarının aşağı və orta pliosen qatlarında mövcuddur. Qeyd etmək lazımdır ki, mikroelementlərin neftin tərkibindən əldə edilməsi üsulları təkmilləşdirilir və gələcəkdə, neftin tərkibində aşağı miqdarda rast gəlinən mikroelementlərin əldə edilməsi rentabelli hesab edilə bilər. Açar sözlər. mikroelementlər, metallar, vanadium, nikel, neft.

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call

Disclaimer: All third-party content on this website/platform is and will remain the property of their respective owners and is provided on "as is" basis without any warranties, express or implied. Use of third-party content does not indicate any affiliation, sponsorship with or endorsement by them. Any references to third-party content is to identify the corresponding services and shall be considered fair use under The CopyrightLaw.