Abstract
Son zamanlar neftsıxışdırmanın əsas istiqamətlərindən sayılan, laya vurulan suların neftyuma qabiliyyətinin lazımınca olmaması ilə əlaqədar istifadə edilən üsulların effektliliyinin artırılması və yenilərinin işlənilməsi ilə neftsıxışdırma əmsalının artırılmasına böyük əhəmiyyət verilməyə başlanmışdır. Ədəbiyyatda icmalının təhlili göstərirki, tədbiq edilən üsulların içərisində özünün geniş təsir keyfiyyətinə malik qabiliyyətilə polimer-qələvi tərkib seçilir. Mikrobioloji təsir üsulu da effektli sayıla bilər. Bu üsul çətin çıxarıla bilən ehtiyata malik layların neftveriminin artırılmasını təmin edən yeni üsullardandır. Son zamanlar zərbəli dalğa üsulundan da istifadə edilməyə başlanmışdır. Vurucu dalğa ilə müəyyən edilmiş quyularda kollektorun keçiriciliyinin artması ilə qəbul etmə konturunun genişlənməsi və neftin özlülüyünün azalması hesabına, süzülmə xüsusiyyətinin artması baş verəcəkdir. Açar sözlər: katalizator, zonal qeyribircins, pyezokeçiricilik, gel əmələgətirən tərkib (GƏT), zərbəli dalğa.
Talk to us
Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have
Similar Papers
Disclaimer: All third-party content on this website/platform is and will remain the property of their respective owners and is provided on "as is" basis without any warranties, express or implied. Use of third-party content does not indicate any affiliation, sponsorship with or endorsement by them. Any references to third-party content is to identify the corresponding services and shall be considered fair use under The CopyrightLaw.