Abstract

Şamanizm qədim Türk tarixində zəngin bir inanc sistemi olmuşdur. Şamanlar Göy Tanrını hər şeyin fövqündə duran bir qüvvə hesab edirdilər. Ruhlarla insanlar arasında əlaqələri tənzimləyən və praktik inama söykənən şamançılıq dünyagörüşü əski Türk mədəniyyətinin bütün qatlarına zaman-zaman öz təsirini göstərmişdir.
 Şamanizm Türk ruhuna yaxın bir inanc kimi təbiəti dərketmə və ona inamla şərtlənir. Burada ətraf mühit amillərinə inam anlayışı çox geniş və əhatəlidir. Onların inanc sistemindəki praktik fəaliyyəti bilavasitə təbiətlə bağllıdır. Ona görə də ətraf mühitin bütün komponentləri şaman söyləmələrində və əfsanələrində özünə geniş yer tapmışdır. Mahiyyətcə çətin və müqəddəs hal hesab edilən şaman doğulma bir qayda olaraq təbiətdən kənarda deyil, dağda, göl və çay qırağında, meşə və torpaqda baş verir. Bu səbəbdən də şamanlarda təbiətə inam çox güclü idi. Ağac və daş kultu şaman möcüzələrində və etiqadlarında xüsusi əhəmiyyət kəsb edirdi. Onların canlı orqanizm kimi heyvanlara qarşı münasibətlərində də bir doğmalıq olmuşdur. Məqalədə şamanizmin və qədim Türk ədəbiyyatında təbiətə inam, ətraf mühitə münasibət, onun qorunması yönündə həyata keçirilən tədbirlər araşdırılır. Əski Türklərin inanc sisemində təbiət ilahi varlıq kimi qəbul edilir. Onun gücünə əsaslanan şamanlar xəstə insanları sağaldır, həlli müşkül olan məsələləri asanlıqla həll edir, çoxalama ilə bağlı müvafiq ayinlər həyata keçirməklə nəslin kəsilməsinin qarşısını alır və növün davamlılığını təmin etmiş olurlar. Şamanlar bəduğur uğur insanları yamanlayır, cəza tədbirlər görür, bu yolla onları tərbiyə etməyə və düz yola qaytarmağa çalışırdılar. Bu zaman müxtəlif heyvanlardan vasitə kimi istifadə edirdilər. 
 Göründüyü kimi, tədqiqatımızda bioloji müxtəliflik, sağlam ətraf mühit və onun qorunması, insan ekologiyası kimi problemlərə də toxunulmuşdur. Araşdırmalarımız göstərir ki, qədim Türklərin həyat tərzində və onların inanc sistemində təbiətə özəl münasibət həmişə öndə olmuşdur.

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call