Abstract
Mətn bir linqvistik vahid kimi fikrin bitkinliyini bildirən mürəkkəb sintaktik bütövlükdür. Bütöv dedikdə, onun müxtəlif sayda komponentlərdən, onu təşkil edən cümlələrdən ibarət olması nəzərdə tutulur. Mətnin komponentləri sayılan cümlələr öz düzülüşü ilə həm ümumi mətn semantikasına, həm də strukturuna xidmət etməlidir. Mətnin öz kommunikativ funksiyasını yerinə yetirməsi üçün onu təşkil edən komponentlərin arasında qarşılıqlı bağlılığın olması mütləqdir. Çünki nisbi bitkinlik bildirən cümlələr mətn çərçivəsinə daxil olduqda digər cümlələrlə qarşılıqlı əlaqə yaradaraq ümumi bir mətn semantikasına, makrotemaya, eyni zamanda mikrotemaya qulluq edir. Komponentlər arasındakı bu əlaqə tiplərini araşdıraraq onları iki cür təsnif etmək olar: cümlələr arasında koheziya əlaqəsi və koherensiya əlaqəsi. Digər bir dillə desək məna və struktur əlaqə. Mətnin sintaktik strukturu və ya forması koheziya əlaqəsi kimi, semantik bağlılığı isə koheziya vasitələri ilə gerçəkləşən koherent əlaqə kimi müəyyənləşdirilir. Mətndə bir-birini izləyən cümlələr arasında məntiqi-semantik əlaqə vasitəsilə ortaya çıxan, daxili mətn bağlılığını təmin edən koherensiya əlaqələri dilçilikdə semantik proqressiya kimi də tanınır. Bu termini ilk dəfə N.R.Wolf (2001/2002) irəli sürmüşdür. Mann/Thompson (1986, 77-80) semantik proqressiyanı tədqiq edərək onun əsas növləri haqqında müddəalarını işləyib hazırlamışlar. Dilçilərin araşdırmalarına görə semantik proqressiyada koherensiyanın ifadə olunması üçün bir sıra qeyri-dil elementləri vacibdir. Tədqiqatda bağlayıcı vasitələrlə müəyyən edilən cümlələr arasındakı koherensiya əlaqələri və yaxud semantik proqressiya təsnif olunur.
Talk to us
Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have
Similar Papers
Disclaimer: All third-party content on this website/platform is and will remain the property of their respective owners and is provided on "as is" basis without any warranties, express or implied. Use of third-party content does not indicate any affiliation, sponsorship with or endorsement by them. Any references to third-party content is to identify the corresponding services and shall be considered fair use under The CopyrightLaw.