Abstract

Məqalədə su ehtiyatlarının əsas çirklənmə mənbələri hesab edilən sənaye, məişət çirkab suları, kənd təsərrüfatında istifadə olunan mineral və üzvi gübrələr, meşə materiallarının çaylarla daşınması, radiaktiv tullantılar, istilik və atom elektrik stansiyasından isti suların tullantısı və atmosfer kimi faktorların araşdırılması və bu çirkab sularının təmizlənmə üsulları öz əksini tapmışdır. Su ehtiyatlarına daxil olan çirkləndiricilər (mineral, üzvi və bakterialoji maddələr) onun keyfiyyətinə təsir edir və aşağıdakı dəyişikliklərin baş verməsinə səbəb olur : - suyun fiziki xassələrinin dəyişməsi (şəffaflığı, rəngi, iyi, dadı və s.); - suyun kimyəvi xassələrinin dəyişməsi; - suda oksigenin (hər hansı oksidləşmə baş verdikdə) azalması; - suda gedən bio və hidro kimyəvi proseslər nəticəsində çöküntü və üzən maddələrin əmələ gəlməsi. Sənaye və məişət çirkab sularının təmizlənməsi mexaniki, fiziki-kimyəvi, kimyəvi, bioloji və termiki təmizləmə üsulları ilə həyata keçirilir. Bu metodlar rekuperasion (tullantılardan yenidən istifadə edilməsi) və destruktiv (dağılma) xarakter daşıyırlar. Su ehtiyatların çirklənmə mənbələrindən biri də atmosferadır. Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, atmosferə elmi-tərəqqinin inkişafı nəticəsində ildə 600 molyon tona qədər kükürd və karbonoksidi, toz, kül, azot oksidi və 300 min tona qədər qurğuşun buraxılır. Açar sözlər: çirkab Suların Təmizlənməsi Qurğusu (ÇSTQ), çirkləndiricilər, dezinfeksiya, xlor, ozon, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi (CUSQK).

Full Text
Published version (Free)

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call