Abstract

Xülasə Cənubi Çin dənizi zəngin enerji ehtiyatlarına və strateji dəniz ticarət yollarının kəsişməsində yerləşməsinə görə qlobal geosiyasi tarazlıqlarda mühüm rol oynayır. Regionda təhlükəsizlik narahatlıqları və müxtəlif aktorlar arasında münaqişə potensialı Cənubi Çin dənizinin geosiyasi əhəmiyyətini artırır. Dəniz sərhədləri ilə bağlı mübahisələr, suverenlik iddiaları və regionda artan hərbi mövcudluq Cənubi Çin dənizini potensial təhlükəsizlik təhdidinə və münaqişə zonasına çevirir. Bu vəziyyət xüsusilə ABŞ və Çin arasında rəqabətin regionda təhlükəsizlik və sabitliyi formalaşdıran mühüm dinamika çevrilməsinə səbəb olur. Çin Cənubi Çin dənizindəki adalara və dəniz ərazilərinə iddiaları ilə bölgədə suverenlik mübarizəsini qızışdırır. Süni adaların tikintisi və hərbi bazaların yaradılması Çinin dəniz iddialarını gücləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Bu addımlar Çinin regionda dəniz gücü kimi yüksəlişini nümayiş etdirsə də, bölgədəki qüvvələr balansına dərindən təsir edir. Üstəlik, bu vəziyyət ABŞ-nin regional təhlükəsizliyi təmin etmək siyasətinə meydan oxuyur. Çinin artan təsiri təkcə onun regional dəniz sərhədlərinə iddialarını deyil, həm də beynəlxalq hüququn pozulmasını və potensial regional qeyri-sabitliyi vurğulayır.

Full Text
Paper version not known

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call

Disclaimer: All third-party content on this website/platform is and will remain the property of their respective owners and is provided on "as is" basis without any warranties, express or implied. Use of third-party content does not indicate any affiliation, sponsorship with or endorsement by them. Any references to third-party content is to identify the corresponding services and shall be considered fair use under The CopyrightLaw.