Abstract

Məqalədə Azərbaycan və türk dilləri dialektlərində işlənmiş ortaq alınma sözlərin bir sıra mühüm xüsusiyyətləri üzə çıxarılmış, alınmaların etimoloji aspektdə təhlili tədqiqata cəlb olunmuşdur. Qeyd olunan dialektlərdə işlənmiş bir sıra alınma sözlərin mənşəyi ilə bağlı məsələlər araşdırılmış və həmin alınma sözlərin spesifik xüsusiyyətləri təhlil edilmişdir. Burada bir-birinə yaxın iki qohum dilin- Azərbaycan və türk dillərinin dialekt və ədəbi dil leksikasında ortaq alınma dialektizmlərin aşkar olunması istiqamətində tədqiqat aparılmışdır. Tədqiqata cəlb olunan türk dillərində ərəb və fars mənşəli leksik vahidlərin izləri müşahidə edilmişdir. Alınmalar dilə ya birbaşa, ya da dolayı yolla öz təsirini göstərmişdir. Maraqlısı budur ki, yad dilin izlərinə Azərbaycan və türk ədəbi dillərində təsadüf etdiyimiz kimi həmin dillərin dialektlərində də aşkar edilmişdir. Bəzi alınmaların sadəcə dialektlərdə, bəzilərinin isə həm ədəbi dildə, həm də dialektlərdə istifadəsinə təsadüf edilmişdir. Ədəbi dil-dialekt və dialekt-dialekt müstəvisində təsadüf edilən alınmaların mənşəyi haqqında sanballı lüğətlərdən məlumatlar toplanaraq dəqiqləşdirilmişdir.Araşdırma zamanı hər iki dilin dialektlərini əks etdirən lüğətlərdən istifadə edilmişdir.
 Azərbaycan və türk ədəbi dillərində alınma sözlər kifayət qədər tədqiq edilmişdir, lakin dialekt səviyyəsində müqayisəli şəkildə alınma sözlər tədqiqata demək olar ki, cəlb olunmamışdır. Bu baxımdan Azərbaycan və türk dillərinin dialekt və ədəbi dil leksikasında alınma sözlərin öyrənilməsi aspektində aparılan tədqiqat işi aktuallıq kəsb edir.

Full Text
Paper version not known

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call

Disclaimer: All third-party content on this website/platform is and will remain the property of their respective owners and is provided on "as is" basis without any warranties, express or implied. Use of third-party content does not indicate any affiliation, sponsorship with or endorsement by them. Any references to third-party content is to identify the corresponding services and shall be considered fair use under The CopyrightLaw.