Abstract

Hər bir ideoloji cəmiyyət mifolojidir. Onun varlığı, gerçəklikləri yaddaşda, bədii düşüncədə mövcud olan simvolların yeni modeldə təzahüründə əksini tapmışdır. Bu baxımdan mifin ölməzlik hüququ vardır. Bədii düşüncədə daim diri olan mif təkrarlanmır, öz ilkin əsasına bağlılığı qorumaqla yeni kontekstdə üzə çıxır. XX əsrin ikinci onilliyindən sonra mif artıq sosial mexanizmə çevrildi. Bu prosesdə sovet mifi, yeni mifoloji layların açılması əsasən iki yönümdə təzahürünü tapmışdı. Bəzən ənənəvi obraz dəyişmir, lakin kontekst dəyişir, mifoloji obrazın transformasiyası obrazın yeni kontekstdə meydana çıxmasına şərait yaradır. Digər tərəfdən isə, obraz yeni mif modelində təqdim olunur. Məqalədə 1930-1950- ci illər Azərbaycan şeirində bədii düşüncədə mifoloji strukturlu simvolların yaranmasında yeni ideoloji cəmiyyətin sovet kultuna təsir mexanizmi izlənilir. XX əsrin ikinci onilliyindən başlayaraq mifin sosial mexanizmə çevrilməsi prosesində yeni mif modelində ədəbi qəhrəmanın ideoloji qəhrəmanla, lider obrazının mifoloji qəhrəmanla, dini, müqəddəs məkanların yeni məkanla əvəzlənməsi müşahidə olundu. Tədqiqat zamanı bu konteksdə yeni mifoloji strukturun formalaşmasında simvolik obrazın ikili funksiyasına – obrazın mifoloji konteksdə simvollaşması və obrazın semantikasının mifoloji düşüncəyə dayalı olmasına nəzər yetirilmişdir. Qızıl əsgər mifogeminin ədəbi qəhrəmana transformasiyası gətirilən bədii nümunələr əsasında təhlil edilmişdir. Məqalədə sovet mifinin yeni strukturlu modelə çevrilməsi, proletar ədəbiyyatının türk mifoloji təsəvvürlərindən gələn obrazlara münasibəti, obraz transformasiyasının yeni simvolik modelə təsir yönümləri və folklordan gələn simvolların transformasiyasına ilk dəfə olaraq bədii və elmi materiallarla nəzər yetirilmişdir.Bu da tədqiqatın elmi yeniliyini əsaslandırır.Simvolun mif yaratma gücü ilə yanaşı, proletar ədəbiyyatının türk mifoloji təsəvvürlərindən gələn obrazlara münasibəti, obraz transformasiyasının yeni simvolik modelə təsir yönümləri araşdırılmışdır.

Full Text
Paper version not known

Talk to us

Join us for a 30 min session where you can share your feedback and ask us any queries you have

Schedule a call

Disclaimer: All third-party content on this website/platform is and will remain the property of their respective owners and is provided on "as is" basis without any warranties, express or implied. Use of third-party content does not indicate any affiliation, sponsorship with or endorsement by them. Any references to third-party content is to identify the corresponding services and shall be considered fair use under The CopyrightLaw.